Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
İyunun 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.
TodayPress TV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 6-sı saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.
Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.