Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, iyulun 14-də zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.