Qurban bayramında qurbanlıq seçimi: Hansı heyvanları kəsmək olmaz?

Qurban bayramında qurbanlıq seçimi: Hansı heyvanları kəsmək olmaz?
26.05.2026 16:20 Cəmiyyət

Qurban Bayramı müsəlmanların həyatında xüsusi bir yer tutur. Bu bayram sadəcə ənənə və ya bayram süfrəsi deyil, həm də İbrahim əleyhissalamın Allaha olan təslimiyyətinin, sınağın və qurbanın mənasını xatırladan müqəddəs bir ibadətdir.

Qurban kəsmək istəyən hər kəs üçün ən vacib məsələ isə qurbanlığın düzgün seçilməsidir. Bəs qurbanlıq heyvan hansı şərtlərə cavab verməlidir?

İslam alimlərinin ümumi qəbul etdiyi qaydalara görə, qurbanlıq heyvan sağlam olmalıdır. Xəstə, arıq, zəif heyvan qurban kəsilməz. Qurbanlıq üçün ən çox xırda buynuzlu heyvanlar seçilir. Qoyun və keçilər üçün ən azı 6-7 ayını tamamlamış olmalıdır. Çox kiçik, südəmər quzuları kəsmək düzgün deyil. 

Qurbanlıq alarkən baytarlıq arayışına (şəhadətnaməsinə) diqqət etmək lazımdır. Bayram öncəsi dövlət tərəfindən müəyyən edilmiş satış və kəsim məntəqələrindən almaq daha təhlükəsizdir. Orada heyvanlar əvvəlcədən yoxlanılır. Küçədə, yol kənarında satılan, mənşəyi bəlli olmayan heyvanları almaq risklidir. 

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 2026-cı ildə mayın 27-si və 28-nə təsadüf edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Bütün Xəbərlər