Qadınların rolu və milli kimlik mövzularında 30 tədbir keçirilib
Cəmiyyət
13.02.2026 14:33
"Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən birlik təşkilatları və Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən qadınların cəmiyyətdə rolu və milli kimliyin qorunmasına həsr olunmuş genişmiqyaslı tədbirlər təşkil edilib".
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında komitənin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, ümumilikdə 5 konfrans və 1 yan tədbir daxil olmaqla 30 tədbir keçirilib və bu prosesə 2500-dən artıq soydaşımız cəlb olunub.
Konfranslarda qızların təhsili, qadın iştirakçılığı, qadınların sülhyaratma prosesində rolu, həmçinin Qərbi Azərbaycan əsilli gənclərin milli kimliyinin qorunması kimi aktual mövzular müzakirə olunub.
Komitə sədri əlavə edib ki, ümumi təhsil müəssisələrində ailə və sosial mövzular üzrə maarifləndirici fəaliyyətlər davam etdirilib.
"10 müxtəlif mövzu üzrə təşkil olunan 57 görüşdə 5620 nəfər iştirak edib.
Görüşlər zamanı ailələri və cəmiyyəti narahat edən məsələlər müzakirə olunub, həm Dövlət Komitəsinin mövqeyi, həm də vətəndaşların təklifləri dinlənilib".
Türkan İsgəndərli
tag: Ailə Qadın Uşaq,Komitə,İclas,Azərbaycan,Todaypress.tv,
