Pirşağı və Ləhic bağları işıqsız qalacaq

Pirşağı və Ləhic bağları işıqsız qalacaq
13.02.2026 10:18 Cəmiyyət

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər