Pensiya artımı kimlərə şamil olunacaq? AÇIQLANDI
Cəmiyyət
09.02.2026 18:02
“Pensiya artımları 1 milyon 100 min vətəndaşa şamil olunacaq”
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu gün “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb:
“Sərəncama əsasən, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün əmək pensiyaları 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 9,3 faiz artırılacaq”.
Parlamentari qeyd edib ki, bütün əmək pensiyaları artırılacaq:
““Əmək pensiyaları haqqında” Qanuna əsasən, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. Belə ki, yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşların hamısının pensiya məbləği artacaq”.
O vurğulayıb ki, qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığı üçün 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşa şamil olunacaq.
Jalə Rövşən
tag: Vüqar Bayramov,Deputat,Pensiya,Artım,Todaypress.tv,
