Ötən ay Bakı Aeroportundan 840 minə yaxın sərnişin istifadə edib

Ötən ay Bakı Aeroportundan 840 minə yaxın sərnişin istifadə edib
16.09.2025 10:51 Cəmiyyət

Bu ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 837 min sərnişinə xidmət göstərməklə rekord göstəriciyə nail olub.

Bu barədə TodayPress TV-yə aeroportdan məlumat verilib. 

Məlumata əsasən, bu rəqəm bütün illərin avqust ayı ərzində qeydə alınmış ən yüksək nəticədir. Bu müddətdə ümumilikdə 8 238 uçuş həyata keçirilib.

Yay mövsümündə sərnişinlərin səyahət üçün ən çox üstünlük verdiyi istiqamətlər İstanbul, Antalya, İzmir, Dubay və Tbilisi şəhərləri olub. Bu istiqamətlərdə xidmət göstərən 38 beynəlxalq aviaşirkət arasında xüsusilə "Turkish Airlines", "AJet", "Fly Dubai", "Air Arabia" və "Wizz Air" yüksək sərnişin axını ilə fərqlənib.

Tranzit sərnişinlərin sayında da artım müşahidə olunub.  Belə ki, bu ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 % çox olmaqla 42 053 sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit keçib.

Milli aviadaşıyıcı AZAL tərəfindən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə daşınan sərnişinlərin sayı ötən ilin avqust ayı ilə müqayisədə 2 % artaraq 79 120 nəfərə çatıb. Bu istiqamətdə həyata keçirilən uçuşların sayı isə ay ərzində 372-yə yüksəlib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə göstərilən xidmətlərin yüksək keyfiyyəti və uçuşların təhlükəsizliyi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda Azərbaycanı beynəlxalq hava nəqliyyatı xəritəsində mühüm tranzit mərkəzlərindən biri kimi möhkəmləndirir.

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər