Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırıldı

Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırıldı
10.07.2025 20:00 Cəmiyyət

Naxçıvanda ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, yararlılıq müddəti bitən 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb.

TodayPress TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dönərxanalarda kütləvi qida zəhərlənmələrinin intensiv hal almasını nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində müvafiq əmrlə işçi qrupu yaradılıb.

İşçi qrupu tərəfindən istirahət və bayram günləri də daxil olmaqla muxtar respublikada fəaliyyət göstərən dönərxanalarda həyata keçirilmiş monitorinqlər zamanı 38 dönərxanada sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyi sahəsindəki texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub.

Belə ki sözügedən dönərxanalarda izləmə sisteminin tətbiq olunmadığı, dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez və sousların müvafiq temperaturda saxlanmadığı, çiy dönərin donunun açılması prosesinin düzgün şəraitdə həyata keçirilmədiyi, ötən günlərdən qalıq qalmış bişmiş dönərin növbəti günlərdə istehlakçılara təqdim olunduğu, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb edilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, bəzi dönərxanalarda su-kanalizasiya sisteminin olmadığı, dönər aparatlarının nasazlığı və ət dönərlərinin müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində qeyd olunan nöqsanların aradan qaldırılması təmin edilib.

Şübhəli məhsul hesab edilən çiy dönər, bişmiş dönər, mayonez və souslardan nümunələr götürülərək NQTİ və AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilmiş, uyğunsuzluq aşkarlanmış məhsullar barəsində müvafiq qərar qəbul olunaraq icra edilib. Nəzarət tədbirləri zamanı yararlılıq müddəti bitmiş 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb. Sözügedən məhsul barədə qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcəkdir.

Daha ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, təkrar baxış zamanı verilmiş tapşırıqların icrası təmin olunan obyektlərin fəaliyyətinə icazə verilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər