Milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edildi

Milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edildi
17.09.2025 12:41 Cəmiyyət

Azərbaycanda avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TodayPress TV-yə verilən məlumata görə, qaimənin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.

“Elektron əmtəə-nəqliyyat qaiməsi ölkədaxili yük daşımalarında yükgöndərənlə daşıyıcı arasındakı müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbulunu və çatdırılmasını təsdiqləyir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, bütün sənədləşmə prosesi AYNA tərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər