Lənkəranda bir sıra ərazilər elektriksiz qaldı

Lənkəranda bir sıra ərazilər elektriksiz qaldı
14.09.2025 01:01 Cəmiyyət

Lənkəranda qeyri-sabit hava şəraiti səbəbindən şəhərin bir çox hissəsində elektrik enerjisinin verilişində problem yaşanıb.

TodayPress TV xəbər verir ki, yağan güclü leysan yağışları elektrik təsərrüfatını sıradan çıxarıb. 

Belə ki, şəhərin ən böyük yaşayış massivləri olan 1-ci və 2-ci mikrorayon, eləcə də Raypo və "Su-8" yaşayış massivi işıqsız qalıb.

Məlumata görə, ərazini qidalandıran elektrik transformatorlarında qısaqapanma baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər