Külli miqdarda narkotik vasitə aşkar edildi

Külli miqdarda narkotik vasitə aşkar edildi
14.09.2025 11:00 Cəmiyyət

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Türkiyəyə etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər