Kristof Frerinq: "Azərbaycanın 7 şəhərinin fəaliyyət planı artıq hazırdır"
Cəmiyyət
10.02.2026 12:18
"Merlər Razılaşmasında iştirak edən Azərbaycanın 7 şəhərinin fəaliyyət planı artıq hazırdır".
TodayPress TV xəbər verir ki, bunu Merlər Razılaşmasının Şərq komanda rəhbəri Kristof Frerinq Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, təşəbbüsə qoşulan 9 şəhərdən 7-nin fəaliyyət planının hazır olması müsbət göstəricidir və şəhərlərin üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığını göstərir.
"Bu şəhərlər ölkə əhalisinin təxminən 9 faizini əhatə edir və hazırkı mərhələdə 1,3 milyon ton karbon qazının azaldılması öhdəliyini götürüblər. Bakı şəhərinin də Merlər Razılaşmasına qoşulması təşəbbüsün təsirini əhəmiyyətli dərəcədə artıracaq".
Türkan İsgəndərli
tag: Kristof Frerinq,Energetika ,Aİ,Tədbir,Todaypress.tv,
