Komitə sədri: “Qızların təhsilinə dəstək” layihəsi beynəlxalq maraq doğurur"

Cəmiyyət

13.02.2026 14:41

"Dövlət Komitəsinin həyata keçirdiyi “Qızların təhsilinə dəstək” layihəsi artıq beynəlxalq səviyyədə diqqət çəkib".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında komitənin sədri Bahar Muradova deyib.

"Türk Dövlətləri Təşkilatı, ICESCO və İslam Əməkdaşlıq Təşkilatı layihəyə maraq göstərərək onun digər ölkələrdə də tətbiqi təşəbbüsü ilə çıxış edib". 

Komitə sədri əlavə edib ki, uşaq məsələləri sahəsində Dövlət Komitəsi strateji fəaliyyətini davam etdirərək 10 layihə çərçivəsində 607 təlim, seminar və konfrans təşkil edib. 

Layihələr uşaqların təşəbbüskarlığını və sosial fəallığını artırmağa yönəlib.

Türkan İsgəndərli

tag: Dövlət Komitəsi,Ailə, Qadın və Uşaq Problemləri,Bahar Muradova,ICESCO ,Todaypress.tv,