İŞSİZSİNİZ? İlon Maska MÜRACİƏT edin
SpaceXAI dünya səviyyəli fizik və mühəndisləri AI təcrübəsi olmasa belə işə götürür.
TodayPress TV xəbər verir ki, bu barədə İlon Mask öz "X" hesabında yazıb.
SpaceX süni intellekt istiqamətində fəal şəkildə genişlənməyə davam edir. Şirkət, AI sahəsində birbaşa təcrübəsi olmayan, lakin güclü fizika və mühəndislik fonuna malik mütəxəssisləri SpaceXAI komandasına cəlb edir.
SpaceX rəhbərliyi hesab edir ki, ən vacib keyfiyyət fundamental bilik və sürətli öyrənmə qabiliyyətidir. “First principles” yanaşması ilə tanınan şirkət, fizikləri və mühəndisləri kosmos kəşfiyyatını AI ilə birləşdirmək üçün axtarışa çıxıb.
Paylaşımda qeyd olunub ki, müstəsna bacarıqları nümayiş etdirən təxminən 3 bənddən ibarət məlumatı [email protected] ünvanına e-poçt vasitəsilə göndərə bilərsiniz.
Jalə Rövşən