İlin ilk beş ayında 1 264 əkiz, 57 üçəm doğulub

İlin ilk beş ayında 1 264 əkiz, 57 üçəm doğulub
11.07.2025 15:18 Cəmiyyət

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38 min 836 doğulan körpə qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Doğulan körpələrdən 1 264-ü əkiz, 57-si isə üçəm olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər