Güclü qar Cəlilabad və Biləsuvarda ciddi fəsadlar törətdi

Güclü qar Cəlilabad və Biləsuvarda ciddi fəsadlar törətdi
11.02.2026 23:55 Cəmiyyət

Güclü qar Cəlilabad və Biləsuvar rayonlarında ciddi fəsadlar törədib.

TodayPress TV-nin məlumatına görə, yağan qarın ağırlığına tab gətirməyən onlarla ağac sınıb. Həmçinin bəzi yerlərdə elektrik və internet xətləri qırılıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması və kommunikasiya xətlərinin bərpası istiqamətində işlər aparılır. Bölgədə qar dayansa da, şaxtalı hava şəraiti davam edir.

Qeyd edək ki, rayon ərazisində qarın hündürlüyü 40, dağlıq ərazilərdə isə 60 santimetri ötüb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər