Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki...
Son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində, xüsusilə Azneft dairəsi, Bayraq Meydanı və digər yeraltı piyada keçidlərində eskalatorların uzun müddətdir işləməməsi və ya ümumiyyətlə istifadədən çıxarılması vətəndaşlar üçün ciddi narahatlıq yaradır.
Bu vəziyyət xüsusilə yaşlı insanların, əlilliyi olan şəxslərin, uşaqlı valideynlərin və ümumilikdə piyadaların hərəkətini xeyli çətinləşdirir.
Mövzu ilə bağlı TodayPress TV Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb.
Sorğuya verilən cavabda bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, müxtəlif səviyyəli piyada keçidlərində nasaz eskalatorların, liftlərin və elektrik pandusların təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Türkan İsgəndərli