Ekspert: Bələdiyyələrin vahid koordinasiyası Merlər Razılaşmasının səmərəliliyini artıracaq
Cəmiyyət
10.02.2026 12:11
"Merlər Razılaşması çərçivəsində layihələrin daha effektiv icrası üçün bələdiyyələrin milli assosiasiyalar vasitəsilə mərkəzləşdirilmiş şəkildə koordinasiya olunması vacibdir".
TodayPress TV xəbər verir ki, bunu CoM-un Azərbaycan üzrə Şərq Ölkələri üzrə eksperti Cahangir Əfəndiyev deyib.
O qeyd edib ki, 2024-cü ildən sonra ölkədə 685 bələdiyyə fəaliyyət göstərir və onların vahid mərkəzdən əlaqələndirilməsi məsuliyyəti və hesabatlılığı artıracaq.
Ekspertin sözlərinə görə, şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən üç milli assosiasiya bu prosesdə əsas tərəfdaş ola bilər.
"Bu platforma bələdiyyələrə ekoloji layihələrin icrası, yerli problemlərin həlli və ictimai nüfuzun artırılması üçün geniş imkanlar yaradır. Merlər Razılaşmasında iştirak edən bələdiyyələr arasında təcrübə mübadiləsi vacibdir".
Türkan İsgəndərli
tag: Cahangir Əfəndiyev,Ekspert,Tədbir,Çıxış,Todaypress.tv,
