DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi

DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi
08.07.2025 14:30 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Fondun Aparatının Qəbul Mərkəzində, Bakıda eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Qəbul zamanı vətəndaşlar pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər.

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.

FOTOLAR

DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi — 1
DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi — 2
DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi — 3
DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi — 4
DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi — 5
DSMF sədri Bakıda vətəndaş qəbulu keçirdi — 6
XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər