Bülbülə və Yeni Suraxanıda qaz olmayacaq

Bülbülə və Yeni Suraxanıda qaz olmayacaq
10.07.2025 09:31 Cəmiyyət

Bu gün Bakının Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

TodayPress TV bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, “Bül-Bülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər