Bu sosial sənədlər təsdiqlənib - Sədr açıqladı
Cəmiyyət
13.02.2026 14:25
"Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası" ilə bağlı Nazirlər Kabinetinin 2013-cü il tarixli qərarında dəyişiklik edilib.
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında komitənin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında gender bərabərliyinin təşviqi məqsədilə 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənib.
"Həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı müvafiq prezident fərmanına da düzəlişlər olunub".
Komitə sədri qeyd edib ki, həyata keçirilən hüquqi yeniliklər ailə institutunun qorunması, uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsi və məişət zorakılığına qarşı mübarizənin daha effektiv təşkilinə xidmət edəcək.
Türkan İsgəndərli
tag: Bahar Muradova,Sədr,Sənəd,İmza,Hüquq,Todaypress.tv,
