BP Azərbaycanın mədəni irs layihəsinə dəstək verdi

BP Azərbaycanın mədəni irs layihəsinə dəstək verdi
10.07.2025 16:18 Cəmiyyət

BP şirkəti Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib.

TodayPress TV xəbər verir ki, layihə çərçivəsində BP XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib.

Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır.

Bu təşəbbüs BP-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək öhdəliyinin bir hissəsi olmaqla şirkətin ölkə və xalqla uzunmüddətli tərəfdaşlığını bir daha vurğulayır.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Bu nəşri maliyyələşdirməkdən çox məmnunuq, çünki bu, Azərbaycanın mədəni və intellektual irsinin qorunmasına və təbliğinə mühüm bir töhfədir. Bu tarixi mətnlərin müasir oxucular üçün yenidən canlandırılmasına yönəlmiş səyləri dəstəkləməkdən qürur duyuruq. Jurnalın ilk buraxılışında baş redaktor Əliabbas Müznibin oxucuları tarixdən dərs almağa və milli özünüdərk və maarifləndirmə yolu ilə həm fiziki, həm də mənəvi diriliyi mənimsəməyə çağırdığı “Məqsədlərimiz” adlı redaksiya məqaləsi dərc olunmuşdu. Jurnalın şüarı olan “Mətbuatın sözü əsrin sözü olmalıdır” ifadəsi isə onun maarifləndirici və ruhlandırıcı missiyasını əks etdirirdi. Ümid edirik ki, Azərbaycanın erkən dövr mətbuatının parlaq nümunələrinin transliterasiyasını dəstəkləməklə biz, bu missiyanı bu gün də qürurla davam etdirən Azərbaycanın milli mətbuatının 150 illik yubileyinə töhfə vermiş oluruq.”

İlkin olaraq 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” jurnalı Azərbaycan publisisti, yazıçısı və siyasi xadimi Mirzə Bala Məhəmmədzadə tərəfindən “türk dünyasının ədəbi, ictimai və siyasi jurnalı” kimi xarakterizə olunub. Jurnalda ictimai və siyasi hadisələrə, ədəbiyyata, mədəniyyətə və tarixə dair məqalələr dərc olunur, milli birliyin, mədəni tərəqqinin və milli kimliyin təbliğinə xüsusi önəm verilirdi.

“Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Cəfər Cabbarlı, Əliağa Vahid və digər tanınmış Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin əsərləri dərc olunub. Bu jurnal öz dövrünün ən mühüm ədəbi və ideoloji mərkəzlərindən biri kimi geniş tanınır.

Layihə “Milli İrs” mədəni-tarixi tədqiqat fondu tərəfindən həyata keçirilib.

BP bu toplunun nəşr xərclərini qarşılamaq üçün 25 000 min (14700 ABŞ dolları) vəsait ayırıb.

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər