Bəzi rayonlara qar yağır, külək güclənir - FAKTİKİ HAVA

Bəzi rayonlara qar yağır, külək güclənir - FAKTİKİ HAVA
10.02.2026 14:19 Cəmiyyət

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 10-u saat 14:00-a olan məlumatında bildirilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Şirvan, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, İmişli, Hacıqabul, Sabirabad, Qax (Sarıbaş), Şəki (Kişçay), Salyan, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Neftçala, Beyləqan, Qəbələ, Şahdağ, Yardımlıya qar, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Ağdam, Lerik, Lənkəran, Astara, Gəncə, Naftalan, Şəmkir, İsmayıllı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Xocalı, Füzuli, Ağcabədi, Goranboy, Oğuz, Bərdəyə isə yağış yağır.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Şirvanda 21, Salyanda 18 m/s-dək güclənir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər