Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı?

Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı?
05.06.2026 16:33 Cəmiyyət

Son illərdə Azərbaycan kollektiv idman növlərində nəticələrə dair müxtəlif müzakirələr aparılsa da, minifutbol üzrə milli komandanın ardıcıl uğurları bu yanaşmanı yenidən gündəmə gətirib. Xüsusilə Azərbaycan minifutbol millisinin ikinci dəfə böyük turnirdə qələbə qazanması ölkədə kollektiv idmanların potensialı ilə bağlı fikirləri dəyişib.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa minifutboldakı uğurun təsadüfi olmadığını, sistemli işin nəticəsi olduğunu bildirib.

Onun sözlərinə görə, uğurun əsas səbəbi düzgün təşkilatçılıq və idarəetmə modelidir:

"Əslində bu, Mini Futbol Federasiyası kifayət qədər öz işini sistemli və məsuliyyətli quran federasiyadır. Səbəb odur, yoxsa azərbaycanlılar bütün sahədə uğur qazana bilərlər də. Sadəcə təşkilatlandırmaq, doğru istiqamət, strategiya qurmaq lazımdır və vəsaiti də doğru xərcləmək lazımdır ki, belə bir komanda ərsəyə gətirəsən".

Deputat komandanın çıxışını yüksək qiymətləndirərək əlavə edib ki, qələbə yalnız təsadüf deyil, oyun üstünlüyü və peşəkarlığın nəticəsidir:

"Çox möhtəşəm bir komandamız vardı, gözəl oyun nümayiş etdirdilər və haqqı ilə də qalib gəldilər. Biri var, hansısa bir təsadüf nəticəsində qalib gələsən, bir də bütün oyunlarda ərazi üstünlüyünə sahib olaraq, mövqe üstünlüyünə sahib olaraq qalib gələsən. Burada həm Orxan Məmmədovun təşkilatçılıq qabiliyyəti, həm məşqçinin yüksək səviyyədə öz işini bilməsi, futbolçuların və texniki heyətin çox yüksək səviyyədə özünü idarə etməsi qələbəyə gətirib çıxardı".

Parlamentari vurğulayıb ki, idmanda əsas problem sistem və idarəetmə ilə bağlıdır:

"İndi bütün sahələrdə doğru strategiya olmayanda, anlayış olmayanda ki, nəyisə necə etməliyəm, kollektiv idman növündə nəticə əldə etmək mümkün deyil. Əgər düzgün hazırlıq olarsa, Azərbaycan istənilən səviyyədə yüksək nəticələr əldə edə bilər".

Fazil Mustafa sonda qeyd edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda maliyyə xərclərinin yüksək olmasına baxmayaraq, nəticələrin bəzən zəif qalması sistem problemi ilə bağlıdır:

"Biz bu sahələri artıq naşı adamlardan xilas etməliyik və daha çox təşkilatçılıq və iş qabiliyyəti olan insanlara həvalə etməliyik".

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının 2:0 hesabı ilə qalibi olub. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Bütün Xəbərlər