Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq
17.09.2025 11:29 Cəmiyyət

Sentyabrın 18-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində  canlı yayım keçiriləcək.

TodayPress TV xəbər verir ki, canlı yayım zamanı Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

(link: https://www.instagram.com/prokurorluq/)

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər