"BakuBus" ötən il büdcədən 100 milyon manat alıb

"BakuBus" ötən il büdcədən 100 milyon manat alıb
09.06.2026 13:29 Cəmiyyət

2025-ci ildə "BakuBus" MMC-yə dövlət büdcəsindən ümumilikdə 100 milyon manat vəsait ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, hesabat ilində Cəmiyyətə Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər