Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO
Bu gün Bakıda ictimai nəqliyyatda insident baş verib.
TodayPress TV xəbər verir ki, hadisə Nəsimi rayoni Akademik Həsən Əliyev küçəsində baş verib.
Belə ki, 61 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edın “Otokar” markalı avtobusun dayanacaqdan kənar yerdə qarşısını kəsərək saxlatdıran xanım sərnişin əsəbi halda nəqliyyat vasitəsinə zərər vurub.
O, avtobusun şüşəsilənlərini qoparıb, həmçinin zərbələr endirərək nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb.
Məlumata görə, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.