Bakıda taksi sürücüsü məşhur aparıcının başına oyun açdı: "O sözləri sənə yedirdəcəm"

Bakıda taksi sürücüsü məşhur aparıcının başına oyun açdı: "O sözləri sənə yedirdəcəm"
09.06.2026 14:11 Cəmiyyət

Məşhur aparıcı Ülviyyə Hüseynova yol hərəkəti zamanı qarşılaşdığı xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, aparıcının sözlərinə görə, hadisə iki gün əvvəl paytaxtın 8 Noyabr prospektində baş verib.

O bildirib ki, avtobus zolağının qüvvədə olmadığı saatda sağ zolaqla saatda 60 kilometr sürətlə hərəkət etdiyi zaman arxadan gələn taksi sürücüsü ona davamlı şəkildə işıq siqnalları verərək yol tələb edib.

Ülviyyə Hüseynova qeyd edib ki, sürücünün onu ötməsi üçün sol zolaq tamamilə boş olsa da, həmin şəxs uzun müddət ara məsafəsini saxlamadan təzyiq göstərməyə davam edib:

"İki gün öncə 8 Noyabr prospektində, avtobus zolağının qüvvədə olmadığı saatda sağ zolaqla 60 km/s sürətlə hərəkət edirdim. Bu zaman arxadan gələn və taksi fəaliyyəti ilə məşğul olan bir sürücü dayanmadan işıq siqnalları verərək yol istəməyə başladı. Ötmək üçün sol zolaq tamamilə boş olduğu halda, o, ara məsafəsi saxlamadan düz 5 dəqiqə ərzində bu hərəkətini davam etdirdi".

Aparıcı bildirib ki, qarşıdan sağa – Xəqani Rüstəmov küçəsinə dönəcəyi üçün zolağını dəyişməyib. Nəqliyyat vasitələri paralel hərəkət edərkən tərəflər arasında mübahisə yaranıb:

"Qarşıdan sağa dönəcəyim üçün zolağımı dəyişmədim və ona yol vermədim. Nəqliyyat vasitələrimiz parallelləşəndə isə aramızda mübahisə yarandı və həmin şəxs mənə qarşı nalayiq ifadələr işlədərək məni təhqir etdi. Mən isə tam bir təmkinlə sadəcə "o sözləri sənə yedirdəcəm" dedim və sözümün üstündə durdum. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, daha sonra isə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Müraciətimə dərhal və operativ şəkildə baxıldı. Həmin sürücü qısa müddətdə bölməyə gətirildi və etdiyi hərəkətdən peşman olaraq dəfələrlə üzr istədi".

Jurnalist sürücüyə hadisənin səbəbi ilə bağlı sual verdiyini də açıqlayıb:

"Ona cəmi bir sual ünvanladım: "Sol tərəfdə ötmək üçün zolaq boş olduğu halda, nədən dayanmadan mənə işıq siqnalı verirdiniz və ötüb keçmirdiniz?" Cavabı isə təəccüblü oldu. Dedi ki, "Maşındakı sərnişinlər ailə idi, uşaqları nadinclik edib əsəblərimlə oynayırdı." Görünür, sürücü əsəbi olduğu anlarda Azərbaycan Respublikasının qanunlarını və ən əsası, Azərbaycan xanımına qarşı hörmət hissini tamamilə unudubmuş".

Sonda aparıcı müraciətinə operativ reaksiya verən hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib və sürücüləri yollarda qarşılıqlı hörmətə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bakıda taksi sürücüsü məşhur aparıcının başına oyun açdı: "O sözləri sənə yedirdəcəm" — 1
XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər