Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır

Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
17.09.2025 15:57 Cəmiyyət

Bakı metrosu "Formula 1" yarışının keçiriləcəyi günlərdə sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

TodayPress TV bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.  

Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər