AzMİU-50: Beynəlxalq elmi-praktik konfrans keçirildi - FOTOLAR
Cəmiyyət
09.02.2026 16:42
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş onlayn formatda “İnnovativ kommunikasiya kontekstində dilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
TodayPress TV xəbər verir ki, AzMİU-nun rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili Azərbaycan dili ilə bağlı elan etdiyi mühüm təşəbbüs və sərəncamları xüsusi vurğulayaraq qeyd edib ki, dövlət başçısının ana dilimizin qorunması, zənginləşdirilməsi və elmi müstəvidə inkişafı istiqamətində müəyyən etdiyi strateji xətt ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur.
Rektor bildirib ki, məhz bu dövlət siyasətinə uyğun olaraq təşkil olunan beynəlxalq elmi-praktik konfrans dilçilik, ədəbiyyat və dil tədrisi sahəsində milli dəyərlərin qorunması ilə yanaşı, innovativ yanaşmaların təşviqinə xidmət edir, bu isə öz növbəsində qloballaşan dünyada innovativ kommunikasiya bacarıqları mühəndislik, memarlıq və texniki ixtisaslar üzrə təhsil alan gənclər üçün strateji əhəmiyyət daşıyır.
tag: AZMİU,Tədbir,Konfrans,Mövzu,Todaypress.tv,
