Azərbaycanı Türkiyədə sevdirən 7 detal açıqlandı
Qədim torpaqlarımız tarixin səhifələrinə qızıl hərflərlə yazılmış nailiyyətlərlə zəngindir. Neft sənayesinin beşiyi, demokratik düşüncənin öncüsü və mədəniyyətin carçısı olan Azərbaycan, bir çox “dünyada ilk”ə imza atıb.
Azərbaycanı Türkiyədə sevdirən 7 detal:
1. Azərbaycan Xalq Cümhuriyyəti – İslam dünyasında parlament sistemi ilə idarə olunan ilk dünyəvi və demokratik respublika (1918)
2. 1918-ci ildə Azərbaycan qadınlara səs vermək hüququ verən ilk müsəlman ölkəsi olması (Fransa: 1944, İsveçrə: 1971)
3. Dünyada ilk sənaye yolu ilə neft hasilatı 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət bölgəsində baş verməsi (ABŞ-dən 13 il əvvəl! 1859 ABŞ)
4. Dünyada ilk neft emalı zavodu 1859-cu ildə Azərbaycanın paytaxtı Bakıda açılıb. Sənaye miqyaslı neft emalı burada başlayıb.
5. Dünyada ilk neft kəməri 1878-ci ildə Azərbaycanda, Bakı ilə Balaxanı arasında qurulmuşdur. Neft taxta borularla nəql olunurdu – bu ideya sonradan bütün dünyaya yayıldı!
6. Dünyanın ilk dəniz neft platforması 1949-cu ildə Xəzər dənizində, əfsanəvi Neft Daşlarında yaradılmışdır. Hələ də fəaliyyətdədir! Bu, Azərbaycanın neft sənayesinin simvoludur.
7. Müsəlman dünyasında ilk opera Üzeyir Hacıbəylinin 1908-ci ildə yazdığı "Leyli və Məcnun"dur.
Türkan İsgəndərli