Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər

Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər
04.06.2026 14:31 Cəmiyyət

Azərbaycanda boşandıqdan sonra yenidən eyni şəxslə ailə quran cütlüklərin sayı açıqlanıb. 

Statistikaya görə, 2025-ci ildə ümumilikdə 1008 nəfər əvvəllər nikahda olduğu və sonradan boşandığı şəxslə yenidən nikaha daxil olub.

Bu göstərici həm hüquqi, həm də sosial baxımdan cəmiyyətdə müxtəlif suallar yaradır. Bəs bu halların arxasında hansı səbəblər dayanır?

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən hüquqşünas İntiqam Hacıyev bildirib ki, bəzən cütlüklər ünvanlı sosial yardım almaq, mənzil və digər sosial güzəştlərdən yararlanmaq, ailədaxili məsuliyyətləri bölüşdürmək kimi məqsədlər üçün bu cür üsullardan istifadə edirlər. 


Hüquqşünas qeyd edir ki, belə halların qarşısının alınması üçün müxtəlif addımlar atılmalıdır. Bunun qarşısının alınması yollarından biri də boşanma prosesinin sərtləşdirilməsidir. 

Onun sözlərinə görə, konkret səbəblər müəyyən edilməli və həmin həmin səbəblərin mövcudluğu sübuta yetirildikdən sonra boşanma baş tutmalıdır. Hazırda isə istənilən səbəbdən boşanma həyata keçirilir.

İnqitam Hacıyev, həmçinin bildirir ki, boşanan 1008 nəfərin yenidən nikaha daxil olması o demək deyildir ki, hamısı üstünlük əldə etmək üçün formal olaraq boşanıblar. Həqiqətən də boşanma prosesində və ya boşandıqdan sonra cütlüklərin peşman olaraq yenidən barışıb, evlənməsi halları az deyil.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər