Anna Soave: WUF13 Azərbaycan üçün COP29 qədər transformativ ola bilər

Cəmiyyət

12.02.2026 10:05

"Hökumətin tədbirə olan yanaşması WUF13-ün Azərbaycan üçün 2024-cü ildə keçiriləcək COP29 qədər əhəmiyyətli və transformativ hesab edildiyini göstərir".

TodayPress TV xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi şəhər inkişafının strateji milli prioritet olduğunu bir daha təsdiqləyir və bu sahədə ideyalar, dialoq və əlaqələndirilmiş fəaliyyətə ehtiyac olduğunu göstərir.

"COP prosesindən fərqli olaraq WUF tənzimləyici xarakter daşımayan, açıq və inklüziv platformadır. Forum çərçivəsində hökumətlər, yerli hakimiyyət orqanları, QHT-lər, akademik dairələr, gənclər və biznes nümayəndələri birbaşa iştirak edərək qlobal və milli səviyyədə siyasət müzakirələrinə töhfə verə bilirlər".

Anna Soave əlavə edib ki, vətəndaş cəmiyyətinin fəal iştirakı davamlı şəhərsalma sahəsində real dəyişikliklər üçün mühüm imkan yaradır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Anna Soave,WUF13,COP29,Təlim,Todaypress.tv,