Anna Soave: "Azərbaycan QHT-lərindən təklifər var"
Cəmiyyət
12.02.2026 10:10
"WUF13 forumunun proqramına yüksək səviyyəli dialoqlar, dəyirmi masalar, təlim sessiyaları, şəbəkələşmə tədbirləri və tərəfdaşların rəhbərlik etdiyi fəaliyyətlər daxildir".
TodayPress TV xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə deyib.
Onun sözlərinə görə, WUF13-ün əsas gücü onun müxtəlifliyindədir:
"Milli səviyyədə Dövlət Şəhərsalma və Memarlıq Komitəsi və tərəfdaşlarla birlikdə Azərbaycan Şəhərsalma Kampaniyasına (AUC 2026) start verilib. Kampaniya WUF13-ə hazırlıq çərçivəsində dövlət qurumlarını, bələdiyyələri, yerli hökumətləri, peşəkar birlikləri, gənclər təşkilatlarını və QHT-ləri vahid şəhər gündəliyi ətrafında birləşdirir".
Ofis rəhbəri əlavə edib ki, təşəbbüslər AUC 2026 çətiri altında qeydiyyatdan keçərək milli səfərbərlik səyləri ilə uyğunlaşdırıla bilər.
"Bu prosesin kulminasiya nöqtəsi 11-17 may tarixlərində keçiriləcək Bakı Şəhər Həftəsi olacaq. Həftə çərçivəsində WUF13-lə bağlı tədbirlərin geniş proqramı təqdim olunacaq. Bu, həm yerli ictimaiyyət, həm də ölkəyə gələcək beynəlxalq iştirakçılar üçün əlavə imkanlar yaradacaq".
Anna Soave qeyd edib ki, artıq Azərbaycan QHT-lərindən 90 tədbir təklifi daxil olub. Qlobal miqyasda isə 1400-dən çox müraciət təqdim edilib və onlardan 350-si seçiləcək.
Türkan İsgəndərli
tag: Anna Soave,WUF13,COP29,Təlim,Todaypress.tv,
