Ali Məhkəmədə dəyirmi masa keçirildi

Ali Məhkəmədə dəyirmi masa keçirildi
09.07.2025 14:25 Cəmiyyət

Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə TodayPress TV-yə məhkəmədən məlumat verilib.

Bildirilib ki, ailə mübahisələri üzrə nikahın pozulması hallarının artan tendensiyası fonunda təşkil edilən tədbirin məqsədi bu istiqamətdə məhkəmə təcrübəsinin təhlili, mübahisələrin məhkəmədənkənar həlli üsullarına xüsusi yanaşmanın və beynəlxalq təcrübənin tətbiqi məsələlərinin müzakirə edilməsi olub. Tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Türkiyə Respublikası Ali Məhkəməsi (Yargıtay) sədrinin müavini Adem Albayrak, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də hakimlər, mediatorlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ailə institutunun əhəmiyyətinə toxunularaq qeyd olunub ki, Azərbaycan Konstitusiyasında da ailə cəmiyyətin əsas özəyi kimi əks olunub. Bu baxımdan hər kəs ailə institutunun qorunmasına, ailədaxili münasibətlərin sağlam əsaslarda qurulmasına və mübahisələrin dinc, məhkəmədənkənar yollarla həllinə töhfə verməlidir. Bildirilib ki, alternativ mübahisə həlli mexanizmlərinin tətbiqi tərəflər arasında qarşılıqlı anlaşmanın və sosial barışın təmin edilməsinə, habelə məhkəmələrdə iş yükünün azaldılmasına xidmət edir.

Bununla yanaşı, boşanmaların azalması məqsədilə ailə mübahisələrinin həllində xüsusi yanaşmanın tətbiqinin zəruriliyi vurğulanaraq, alternativ həll üsullarının önəmi qeyd edilib. Həmçinin bildirilib ki, boşanmaların sayının azaldılması və qanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçün birgə əməkdaşlıq əsas prioritetlərdəndir. Bu istiqamətdə qardaş Türkiyənin müsbət təcrübəsinin faydalı olduğu vurğulanıb.

Sonra Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev “Azərbaycanda mediasiyanın tətbiqi və inkişaf dövrü” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə mediasiya institutunun formalaşma mərhələləri və əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirilib ki, bu gün ailə mübahisələri mediasiya sahəsində 80 faiz yer tutur və onların 30 faizi barışıqla həll olunur.

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva isə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin effektivliyi və məhkəmə təcrübəsində rast gəlinən problemlər” mövzusunda təqdimatla çıxış edib, bu sahədə mövcud olan çətinliklər və mediasiyanın potensial faydaları barədə iştirakçılara geniş məlumat verib.

Türkiyə Respublikası Ali Məhkəməsinin sədr müavini Adem Albayrak “Türkiyədə ailə mediasiyası təcrübələri və mediasiya müqavilələrinin hüquqi qüvvəsi” mövzusunda çıxış edərək, mediasiyanın tarixi və qardaş ölkənin təcrübəsi haqqında iştirakçılara ətraflı məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ailə institutunun əhəmiyyəti və onun cəmiyyətdəki rolunu qeyd edib. Məhkəmələrin ailə mübahisələrinin həllindəki əhəmiyyəti vurğulanıb və bu sahədə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına mühüm töhfə verildiyi diqqətə çatdırılıb.

Tədbir müzakirələrlə davam etdirilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

FOTOLAR

Ali Məhkəmədə dəyirmi masa keçirildi — 1
Ali Məhkəmədə dəyirmi masa keçirildi — 2
Ali Məhkəmədə dəyirmi masa keçirildi — 3
Ali Məhkəmədə dəyirmi masa keçirildi — 4
Ali Məhkəmədə dəyirmi masa keçirildi — 5
Ali Məhkəmədə dəyirmi masa keçirildi — 6
Ali Məhkəmədə dəyirmi masa keçirildi — 7
Ali Məhkəmədə dəyirmi masa keçirildi — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər