AEBA FHN-lə birgə təlim keçirdi

AEBA FHN-lə birgə təlim keçirdi
15.09.2025 11:23 Cəmiyyət

Sentyabrın 9-12-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamenti Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) ilə birgə “Böyük ictimai tədbirlərin nüvə təhlükəsizliyinin həyata keçirilməsi” mövzusunda təlim keçirib.

Bu barədə FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd kütləvi tədbirlər, o cümlədən Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasına dəstək, əlaqəli qurumların əməkdaşlarının nüvə və radiasiya təhlükəsizliyi üzrə nəzəri biliklərinin artırılması, eləcə də “Böyük ictimai tədbirlər üçün nüvə təhlükəsizliyi” Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxal edilən cihazlardan istifadə qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Təlimin ilk günü çıxış edən NRFTDA-nın rəisi Murad Paşayev tədbirin əhəmiyyətindən danışıb, bu istiqamətdə göstərilən dəstəyə görə AEBA-ya təşəkkür edib.

Dinləyici qismində FHN-in aidiyyəti strukturlarının əməkdaşlarının iştirak etdiyi təlimdə Birləşmiş Ərəb Əmirlikləri və Fransa təcrübəsini təqdim edən AEBA ekspertləri Azərbaycanda böyük kütləvi tədbirlər zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsini yüksək qiymətləndirdiklərini bildiriblər.

AEBA ekspertləri tərəfindən əməkdaşlara mövzu ilə bağlı geniş məlumat verilib, habelə müvafiq cihazlardan istifadə qaydaları barədə zəruri təqdimatlar edilib.

İnteraktiv formada keçirilən təlim zamanı suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, təlim çərçivəsində AEBA mütəxəssisləri “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi” nin baş tutacağı Bakı Şəhər Halqasında və “Baku Crystal Hall”da olub, ərazidə radioloji təhlükəsizliklə bağlı görülən işlərə yerində baxış keçiriblər.

TodayPress TV

FOTOLAR

AEBA FHN-lə birgə təlim keçirdi — 1
AEBA FHN-lə birgə təlim keçirdi — 2
AEBA FHN-lə birgə təlim keçirdi — 3
AEBA FHN-lə birgə təlim keçirdi — 4
AEBA FHN-lə birgə təlim keçirdi — 5
AEBA FHN-lə birgə təlim keçirdi — 6
AEBA FHN-lə birgə təlim keçirdi — 7
AEBA FHN-lə birgə təlim keçirdi — 8
AEBA FHN-lə birgə təlim keçirdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər