XİN: Azərbaycan Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir

XİN: Azərbaycan Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir
01.09.2026 11:57 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.

"Özbəkistanın Milli Günü münasibətilə qardaş Özbəkistanı və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan strateji müttəfiq kimi Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir və dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə inanır.

Milli Günün mübarək, Özbəkistan!"

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər