Maskın uçan avtomobili Trampı göylərə qaldıra bilmədi
ABŞ Prezidenti Donald Tramp şirkəti uçan avtomobil təqdim edən milyarder İlon Maskı təbrik edib və yeniliyin nümayişindən təsirləndiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, brifinq zamanı danışıb.
Amerika lideri təqdimatdan təsirləndiyini etiraf edib, lakin özü həmin avtomobildə görünəcəyinə əmin olmadığını söyləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin avtomobil istehsalçısı “Tesla” Texasdakı sınaq meydançasında “Roadster” modelinin yenilənmiş uçan versiyasını nümayiş etdirib. Avtomobil “SpaceX” şirkətinin raket sürətləndiriciləri ilə təchiz olunub.
Aysel Mətləb