Türkiyə dayanmaq bilmir: Bu dəfə spiker ölkəmizə "ağıl" verdi

Türkiyə dayanmaq bilmir: Bu dəfə spiker ölkəmizə "ağıl" verdi
16.10.2026 13:07 Xarici siyasət

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanla münasibətlərə toxunaraq bildirib ki, iki ölkə arasında yaranmış dostluq və qardaşlıq münasibətləri ayrı-ayrı məsələlərə görə zərər görməməlidir.

TodayPress TV xəbər verir ki, Kurtulmuş Türkiyənin Azərbaycanın bəzi addımları ilə bağlı öz dost və qardaşlarına lazımi tövsiyələr verdiyini qeyd edib.

“Bu, qətiyyən Azərbaycanın daxili işlərinə müdaxilə etmək demək deyil. Bunu iki ölkə arasında böhrana çevirməməliyik”, – deyə o bildirib.

TBMM sədri vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri bir gündə qurulmayıb və bir neçə hadisə ilə aradan qalxmayacaq.

Kurtulmuş, həmçinin həssas məsələlərin sosial şəbəkələrdə qarşıdurma predmetinə çevrilməməsinə çağırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər