Aİ Arktikanı kosmosdan izləyəcək - Tarix AÇIQLANDI
Avropa İttifaqı 2027-ci ildə Arktikada peyk müşahidə sistemini işə salmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Proqram çərçivəsində “Copernicus” və “Galileo” sistemlərindən istifadə olunacaq. Təşəbbüsün əsas məqsədlərindən biri Rusiyanın və Çinin regiondakı fəaliyyətinə qarşı mübarizə aparmaqdır.
Bundan əlavə, Aİ sualtı kabellərin qorunması və Arktika məsələləri üzrə müntəzəm sammitlərin keçirilməsi istiqamətində də addımlar atmağı planlaşdırır.
Kübra Musayeva