Zelenski Aİ-dən milyardlar istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə ölkəsinin müdafiəsi, silah təminatı və sabitliyinin qorunması üçün Avropa İttifaqından (Aİ) ən azı 70 milyard avro əlavə dəstəyə ehtiyac duyduqlarını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Zelenskinin “Telegram” kanalında yayımlanan paylaşımda qeyd olunub.
Aİ liderləri ilə görüşdə çıxış edən Zelenski gələn il müharibənin Ukraynaya 155 milyard avroya başa gələcəyini bildirib. O, əlavə 70 milyard avronun real məbləğ olduğunu vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, əlavə maliyyələşmə ölkəsinə Rusiyanın qarşısını almağa və onun iqtisadiyyatına təzyiqi gücləndirməyə imkan verəcək.
Zelenskinin sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatları cəbhədə Rusiya hücumlarının əksəriyyətinin qarşısını almağa və Rusiya qoşunlarının təchizat marşrutlarını kəsməyə kömək edir.
O əlavə edib ki, Ukrayna pilotsuz uçuş aparatlarının istehsalını növündən asılı olaraq iki-üç dəfə artıra bilər. Lakin bunun üçün ölkənin kifayət qədər maliyyə vəsaiti yoxdur.
Aysel Mətləb