Tramp Putini Mayamiyə çağırır: "Onun iştirak etməsini istərdim"
ABŞ Prezidenti Donald Tramp Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putini görmək istədiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evin cənub çəmənliyində jurnalistlərlə həmsöhbət olarkən danışıb.
"Onun gəlib-gəlməyəcəyini bilmirəm. Sözsüz ki, onun iştirak etməsini istərdim", - deyə Tramp bildirib.
Aysel Mətləb