İsrail rəsmilərinə qarşı araşdırma böyüyür: Kats da siyahıda!
İtaliya prokurorluğu İsrailin müdafiə naziri İsrael Kats və daha 12 yüksək vəzifəli şəxs barəsində araşdırmanı genişləndirib.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, araşdırma Qəzza zolağına humanitar yardım çatdırmaq məqsədilə təşkil olunan “Sumud” donanmasının fəallarının saxlanılması zamanı mümkün hüquq pozuntuları ilə bağlıdır.
İtaliya prokurorluğu İsrailin müdafiə naziri İsrael Katsı, Baş Qərargah rəisi Zamiri, eləcə də İsrailin hərbi, polis və penitensiar sistemində çalışan daha 11 yüksək vəzifəli şəxsi araşdırmaya daxil edib. Buna səbəb donanmanın iki missiyasından sonra saxlanılan 50 İtaliya vətəndaşının şikayətləri olub.
İlkin mərhələdə araşdırma İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin fəaliyyəti üzərində cəmləşib. İtaliya prokurorları həmçinin İsraildən hüquqi yardım istəyib və digər Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət göstərirlər.
Kübra Musayeva