Qış yaxınlaşır, milyonlarla ukraynalını yeni təhlükə gözləyir
BMT milyonlarla ukraynalının bu qış yenidən qaçqına çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) döyüşlərdən qaçaraq evlərinə qayıdan milyonlarla insanın yenidən köçmək təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Təşkilatın məlumatına görə, evlərinə qayıdan ailələr arasında yenidən yaşayış yerlərini tərk etmək niyyəti son üç ayın ən yüksək səviyyəsinə çatıb. Buna səbəb yaşayış evlərinin zədələnməsi, Rusiyanın enerji infrastrukturuna zərbələri və istiliklə təminatın əlçatan olmamasıdır.
Hazırda Ukraynada təxminən 3,6 milyon məcburi köçkün var. Müharibənin ilk dövrlərində evlərini tərk etməyə məcbur qalan təxminən 3,8 milyon insan isə sonradan yaşayış yerlərinə qayıdıb.
Evə qayıdan ukraynalıların təxminən 1,45 milyonu cəbhə xəttinə yaxın ərazilərdə yaşayır. Onlardan 565 mini Xarkov vilayətində məskunlaşıb.
Kübra Musayeva