Makron Rusiyanın dizel planına ilişdi: “Bu addımın xeyri olmayacaq!”
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yardımın Avropanın təhlükəsizliyi baxımından vacib olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Makron Ukraynaya dəstəyin Avropa ölkələrinin ortaq mövqeyi olduğunu və Fransanın milli maraqlarına uyğun gəldiyini vurğulayıb.
“Ukraynanın kapitulyasiyası zəiflikdir. Zəiflik isə təhlükədir. Hesab edirəm ki, bu gün Fransa xalqını qorumağın ən yaxşı yolu Ukraynaya indiyədək olduğu kimi yardım etməkdir. Çünki təhlükəsizliyimizin ön cəbhəsi məhz oradan keçir”, – deyə o bildirib.
Makron Rusiyanın dizel yanacağı ilə bağlı sövdələşməsinə də münasibət bildirib. O, qəbul edilən qərarın heç kimə fayda verməyəcəyini, fikir ayrılıqlarını və şübhələri artıracağını qeyd edib.
Fransa Prezidenti bildirib ki, dizel yanacağı, benzin və qazın qiymətlərinin aşağı salınması vacibdir. Lakin onun fikrincə, bu qərar qiymətlərin effektiv şəkildə azalmasına səbəb olmayacaq.
Makron sözügedən addımı mövcud vəziyyətə yanlış reaksiya kimi qiymətləndirərək, onu yersiz və səmərəsiz adlandırıb.
Kübra Musayeva