Rusiya ordusu Dobropolyeni nəzarətə götürdüyünü açıqladı

Rusiya ordusu Dobropolyeni nəzarətə götürdüyünü açıqladı
17.10.2026 00:27 Dünya

Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qoşun qruplaşması Donetsk Xalq Respublikasındakı Dobropolye şəhərinə nəzarəti ələ keçirib. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib.

TodayPress TV İnterfax-a istinadən xəbər verir ki, Gerasimov oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinə bu barədə məruzə edib.

Onun sözlərinə görə, Dobropolye Ukrayna qüvvələrinin Dnepropetrovsk vilayəti istiqamətində müdafiəsinin əsas dayaq məntəqələrindən biri olub.

Gerasimov həmçinin şəhərdə mühasirəyə alınmış Ukrayna bölmələrinin məhv edilməsinin başa çatdığını iddia edib. Onun bildirdiyinə görə, hazırda binaların zirzəmilərində gizlənə biləcək Ukrayna hərbçilərinin aşkarlanması üçün axtarış tədbirləri davam etdirilir.

Rusiya Müdafiə Nazirliyi Dobropolyedən video görüntülər də yayımlayıb. Qurumun iddiasına görə, kadrlarda Ukrayna mövqelərinə endirilən zərbələr, eləcə də 110-cu ayrıca qvardiya motoatıcı briqadasının və 61-ci ayrıca qvardiya dəniz piyadaları briqadasının hərəkətləri əks olunub.

Gültac Mehdiyeva

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər