Mask və Tramp Ukraynaya qarşı cəbhə qurdu

Mask və Tramp Ukraynaya qarşı cəbhə qurdu
16.10.2026 23:13 Dünya

"SpaceX" şirkətinin qurucusu İlon Mask ABŞ Prezidenti Donald Trampa Ukraynada Starlink peyk rabitə sisteminin fəaliyyətini zəiflətməyi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp Maskın təklifi ilə razılaşıb. Bu isə Pentaqona Starlink sisteminin hərbi versiyası olan "Starshield"in fəaliyyətini məhdudlaşdırmaq üçün imkan yaradıb.

Mask oktyabrın 14-də “X” sosial şəbəkəsindəki paylaşımında peyk rabitə sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərə görə məsuliyyət daşımadığını bildirib.

Qəzetin mənbələri Maskın bu açıqlamanı Avropadakı istehlakçıların mənfi reaksiyasından ehtiyat etdiyi üçün verdiyini ehtimal ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər