Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazandı
Azərbaycanlı ağırlıqqaldıran Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) məlumat verilib.
AAF prezidenti Kamran Nəbizadənin də zaldan izlədiyi yarışda idmançı 3 bürünc medal qazanıb.
75 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub. O, təkanla qaldırma növündə də bürünc medala yiyələnib. Q.İsmayılov bu dəfə 175 kq nəticə göstərib. Beləliklə 2 hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.