Neftin qiyməti yenidən göyə qalxdı, Brent 110 dolları gördü

Neftin qiyməti yenidən göyə qalxdı, Brent 110 dolları gördü
17.10.2026 01:39 Dünya

Brent markalı neftin dekabr ayı üçün fyuçerslərinin qiyməti 2026-cı il mayın 20-dən bəri ilk dəfə bir barel üçün 110 dollara çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ICE birjasının hərrac məlumatlarında qeyd olunub.

Məlumata görə, Bakı vaxtı ilə saat 22:32-də Brent neftinin qiyməti 3,85% artaraq 110 dollara yüksəlib. Saat 23:00-da isə qiymət 3,48% artımla 109,61 dollara enib.

Eyni zamanda, noyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti 2,57% artaraq bir barel üçün 98,98 dollar təşkil edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər