Aİ ölkələri iki cəbhəyə bölündü: Büdcə ixtisar edilsin, yoxsa artırılsın?
Almaniyanın kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün büdcəsi ilə bağlı razılığa ilin sonuna qədər nail ola bilməyəcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Mən ümumiyyətlə əmin deyiləm ki, bu baş verəcək", - deyə Merts vurğulayıb.
Bununla belə, o əlavə edib ki, noyabr ayında bu məsələ ilə bağlı Avropa Şurasının əlavə görüşü keçirilə bilər. Həmçinin dekabrda Aİ-nin müntəzəm sammiti baş tutacaq və burada büdcə mövzusu yenidən müzakirə olunacaq.
Kanslerin sözlərinə görə, Avropa ölkə liderlərinin bir qrupu maliyyə planının ixtisar edilməsini dəstəkləyirdi, lakin digər "böyük" qrup büdcənin hətta genişləndirilməli olduğunu hesab edir.
Aysel Mətləb